Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hakimin ölümünə görə "Azəriqaz" əməkdaşına HÖKM OXUNDU - FOTO

14.02.2026 13:42 1 293
Hakimin ölümünə görə
Ötən ilin yanvar ayında Qax rayonunun Qaxbaş kəndində yerli məhkəmənin hakimi Taleh Kərimovun vəfatı faktı üzrə cinayət işi açılıb.

Median.Az
-ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından zəhərlənərək dünyasını dəyişməsi səbəbindən "Azəriqaz" İB-nin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin nəzarətçisi işləyən çilingər C.Bayramov məsuliyyətə cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, onun xidməti ərazisində yerləşən və hakim T.Kərimovun kirayədə qaldığı mənzildə istilik sistemi (kombi) hamam otağında quraşdırılıb. Hadisədən bir qədər əvvəl çilingər evə baxış keçirsə də, kombinin hamamda olmasını qayda pozuntusu kimi sənədləşdirməyib.

Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. 66 yaşlı C.Bayramov ifadəsində qeyd edib ki, mənzilə mərhum hakimlə birlikdə baxış keçirib və həmin vaxt kombinin hamam otağında quraşdırılmasının qaydalara zidd olduğunu şifahi şəkildə bildirib.

Lakin o bu nöqsanı rəsmi aktla qeydə almayıb. Qax Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, çilingərə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun qoluna elektron qolbaq taxılıb və müəyyən hüquqlarına məhdudiyyət qoyulub.

Fotoda Taleh Kərimov

Son xəbərlər