Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkim səhvindən ölən 18 yaşlı qızın məhkəməsində yenilik - "StarMed" klinikasının direktoruna iş qaldırılır

28.06.2018 18:39 2 047
Həkim səhvindən ölən 18 yaşlı qızın məhkəməsində yenilik -
"StarMed" klinikasında cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişmiş 18 yaşlı qızın ölümündə daha bir vəzifəli şəxs də cinayət işinə cəlb edilib.

Median.Az report.az-a istinadən bildirir ki, cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə ilə birgə klinikanın direktoru Cəbrayıl Sultanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülüb.

O, Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. C.Sultanovun barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Bu gün Yasamal Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə klinikanın direktoru C.Sultanovun vəkili Vüqar Babayev vəsatət qaldırıb. O, müvəkkilinin günahsız olduğunu deyib və cinayət işinə xitam verilməsini istəyib.

Vəsatətlə bağlı qərar növbəti iclasda elan olunacaq.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.


Xatırladaq ki, 2015-ci ilin mart ayında "StarMed" klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə.ittiham irəli sürülüb.

Sənan Mehdiyev və Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinin qərarı ilə bu cinayət işi təqsirləndirilən Sənan Mehdiyev və Emin Quluzadəyə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.скачать dle 11.3

Son xəbərlər