Mojo.az Banner
22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |    
Mojo.az Avto
Mojo.az Avto

ARB-nin yayımı 24 saatlıq dayandırılacaq

14.02.2026 13:13 462
ARB-nin yayımı 24 saatlıq dayandırılacaq
Audiovizual Şuranın onlayn iclası keçirilib və "ARB” kanalının efirində "Reklam haqqında” Qanunun pozulması faktı müzakirə olunub.

Bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, 08 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb.

Fakt ilə bağlı zəruri araşdırmalar aparılıb və "Reklam haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub.

Belə ki, həmin reklamda təqdim olunan məlumatlar "Reklam haqqında” Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilib, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə qeyri-dəqiq reklama yol verilmir.

Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri "ARB” kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar qəbul edib.
скачать dle 11.3
Mojo.az Banner