Dövlət başçısı: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bizə gəldikdə 27 il icra olunmamış qaldı” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:20 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:54 Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |     19:35 Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib  |     19:29 Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb  |     19:07 Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib  |     18:56 Şəkidə 59 yaşlı kişi iki nəfəri güllələyib öldürdü  |     18:54 “Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər  |     18:45 Azərbaycanda iki nəfər güllələnərək öldürüldü  |     18:26 Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür  |     18:12 Xəzər rayonunda avtoqəza: Xəsarət alan var  |     17:54 Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - VİDEO  |     17:48 Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub  |     17:40 Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb  |     17:20 Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO  |    

Dövlət başçısı: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bizə gəldikdə 27 il icra olunmamış qaldı”

“Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrdə videoformatda çıxışında deyib.

“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır.

BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.

ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”, - Prezident deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 24.09.21 11:53