13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb.
APA xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb.
A.Babayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və köməyə FHN-in Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunublar.
Görülən tədbirlər nəticəsində yeniyetmənin barmaqları ət çəkən maşından çıxarılıb.