Bakının Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 23 yaşlı gənc yaralanıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Şamil Məmməd oğlu Babaşzadə xəsarət alıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.