Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:10 Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb  |     22:07 "TikTok" dələduzluq etməkdə ittiham olunan şəxs məhkəmə qarşısında  |     21:59 Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır  |     21:51 AZAL-da yeni təyinat olub  |     21:45 Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb  |     21:37 Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər  |     21:28 Lerikdə dağda uçqun olub, qaya parçaları yolu bağlayıb  |     21:24 DVX: Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir  |     21:15 Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur  |     21:09 Sabahın hava proqnozu: 16-21 dərəcə isti olacaq  |     21:03 Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?  |     21:01 Türkiyə ordusu Suriya və İraqda daha yeddi terrorçu öldürüb  |     20:54 Abşeronda avtobus qəzaya düşüb, xəsarət alan var  |     20:48 Türkiyədə 28 Fevral Prosesinin generalları əfv edilib  |     20:45 Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq  |     20:34 Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu  |     19:58 Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı  |     19:55 Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     19:40 Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı  |     19:29 Robin Van Persinin yeni komandası bəlli oldu  |    

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 04.05.24 18:26