Keçmiş futbolçu Robin Van Persi öz ölkəsində çıxış edən klubun baş məşqçisi vəzifəsinə təyin olunub.
Məlumata görə, niderlandlı keçmiş futbolçu “Heernveen” klubunun baş məşqçisi vəzifəsinə təyinat alıb.
Klubun rəsmi saytından verilən məlumata görə, Robin Van Persi ilə ikiillik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, məşqçilik karyerasına “Feyenoord”da başlayan Van Persi daha sonra Niderlandın azyaşlı futbolçulardan ibarət millisində çalışıb.
Mənbə: Sporx.com