Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq  |     14:31 Bakıda evdən oğurluq oldu - Usta saxlanıldı (VİDEO)  |     14:30 Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO  |     14:26 Özünü asan qız son anda xilas edildi  |     14:23 Azərbaycanda səkkiz vəkil cəzalandırılıb  |     14:20 Bakıda kişi nənəsini və arvadını bıçaqlamaqda şübhəli bilinir  |     14:19 Azərbaycan nefti cüzi bahalaşıb  |     14:17 Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb  |     14:14 Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ  |     14:13 Məleykə Abbaszadə: “Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub”  |     14:07 DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alan var  |     14:03 Günəşdəki partlayışlar okeanların dərinliklərinə çatıb  |     13:53 “GTA 6” oyununun buraxılış tarixi məlum oldu - VİDEO  |     13:52 Saxta pullarla insanları aldatma halları artır - VİDEO  |     13:50 İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO  |     13:47 Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO  |     13:39 Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO  |     13:34 Şəkidə 22 yaşlı gənc dərmandan zəhərləndi  |     13:33 Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO  |    

Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib

Qobustan Günəş Elektrik Stansiyası (QES) üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılma, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının hibrid formatda ilk iclası keçirilib.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) məlumat verilib.

Bildirilib ki, Agentliyin direktoru Cavid Abdullayev hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq istiqamətində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirildiyini qeyd edərək ölkəmizdə ilk bərpa olunan enerji hərracının iqlim və enerji ilə bağlı strateji hədəflərə nail olunması baxımından əhəmiyyətini qeyd edib.

EBRD, “Synergy” məsləhətçi şirkətin və üzv dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə baş tutan iclasda 100 MVt gücündə Qobustan GES üzrə ilk hərracla bağlı görülmüş işlər, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) sənədi, qanunvericilik məsələləri ilə bağlı çıxışlar dinlənilib.

İclasda gündəlikdə duran digər məsələlərlə bağlı müzakirələr aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 04.05.24 19:35