Bakıda nənə və arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, ötən gün Əliyev Elnur Şahid oğlu yaşadığı fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla evin qonaq otağında olan nənəsi Tatilova Laçın Həsən qızına daxilə nüfuz edən 1 ədəd və arvadı Məmmədova Elminaz Sənan qızına isə daxilə nüfuz etməyən 1 ədəd xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanıb və E.Əliyev şübhəli şəxs qismində saxlanılıb.