İstanbul nəhənglərindən olan olan "Qalatasaray" Argentina millisi ilə dünya çempionu olan Leandro Paredesin transferində maraqlıdır.
Median.Az "Aspor"a istinadən xəbər verir ki, hazırda "Roma" klubunda çıxış edən yarımmüdafiəçi Argentina klublarından birinə keçməyi prioritet hesab edir. Ancaq "Qalatasaray"ın Leandro Paredes üçün illik beş milyon avroluq maaş təklifi futbolçunun menecerinin diqqətini çəkib.
Bu səbəbdən Paredes "Qalatasaray"la danışıqlar masasına əyləşməyi qəbul edib.
Qeyd edək ki, Leandro Paredes bu mövsüm "Roma" forması ilə cəmi səkkiz oyunda meydana çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb.