50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |    

50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır

İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları qanunsuz yolla Türkiyəyə gətirilməsi nəzərdə tutulan 16 kiloqram qızılı ələ keçirib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, iki Özəl Mühafizə əməkdaşı özünü vəkil kimi təqdim edən qaçaqmalçı ilə əlbir olublar. Onlar 1 kiloqram qızılın Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərdikləri üçün min dollar alıblar.

İki nəfər qaçaqmalçılıq yolu ilə gətirdikləri qızılları paltarlarının arasında gizlədiblər və bədənlərinə bükərək İstanbul Hava Limanı qarşısında gözləyən özlərini ailə üzvləri kimi göstərən kuryerlərə veriblər. Məlum olub ki, təxmini dəyəri 3 milyon lirə (təxminən 147 min 600 manat) olan qızıl sonradan azərbaycanlı iş adamına satılıb.

Qaçaqmalçıların yenidən Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirəcəkləri müəyyənləşib. Qaçaqmalçılıqda Mübarizə Şöbəsinin polisləri əməliyyat üçün hərəkətə keçiblər. İstanbul Hava Limanı Polisi ilə birgə keçirilən əməliyyat nəticəsində xaricdən gələn bir şəbəkə üzvündən bazar dəyəri 50 milyon lirə (təxminən 2 milyon 460 min manat) olan 16 kiloqram qızıl alan iki Özəl Təhlükəsizlik əməkdaşı yaxalanıb.

Özlərini "ailə” kimi təqdim edərək kuryer kimi fəaliyyət göstərən 4 şəbəkə üzvü və özünü "vəkil” kimi təqdim edən şəxs də saxlanılıb. İstintaq çərçivəsində axtarışda olan azərbaycanlı iş adamının xaricdə olduğu müəyyən edilib. Qızıl ələ keçirilib. Əməliyyat zamanı saxlanılan 7 şəbəkə üzvü ədliyyəyə sövq edilərək həbs edilib. Məlum olub ki, həbs edilən Özəl Mühafizə Məmuru həbs olunandan 3 gün sonra atası vasitəsilə İstanbulun Esenyurt şəhərində dörd milyon lirəyə mənzil alıb.

Cinayət yolu ilə əldə edilən gəlirlə alındığı müəyyən edilən evə həbs qoyulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            105 22.11.24 14:57