Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:16 Günəşdə daha bir güclü partlayış baş verdi  |     12:55 Sabah Əbu-Dabidə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçiriləcək  |     12:53 Bəşir Süleymanlının həbs müddəti uzadıldı  |     12:43 Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış - Video  |     12:40 Sabah 38 dərəcə isti olacaq  |     12:39 Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış: Yaralılar var  |     12:08 Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir - VİDEO  |     12:07 Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib - FOTO  |     11:58 Azərbaycandan qanunsuz valyuta çıxaran şirkət rəhbəri cərimələndi  |     11:54 Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların veriləcəyi tarix açıqlanıb  |     11:48 Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq  |     11:39 Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək  |     11:31 Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var  |     11:16 Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub  |     11:15 Yuxarı Qarabağ kanalından aşkarlanan naməlum meyitin kimliyi məlum OLDU  |     11:08 Azərbaycanda xərçəng xəstələrinin sayı artdı - RƏSMİ  |     22:56 Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:42 Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı  |     22:35 Aşıq Əhliman insult keçirib  |     22:28 Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb  |    

Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU

Bakıda "Ucuzluq" univermaqlar şəbəkəsininin külli miqdarda pulunu mənimsəyən Nicat Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, təqsirləndirilən şəxs cinayət işində zərərçəkmiş şəxs kimi tanınan sahibkar Oruc Quliyevə 69 800 manat ziyan vurub.

Araşdırmalarla məlum olub ki, şirkətə məxsus və mənimsənilən pulların əksəriyyəti "TikTok" sosial platformasında hədiyyə kimi ("şir" və "universal" tipli pullu jetonlar) müxtəlif şəxslərin hesablarına göndərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            681 22.11.24 16:29