Mojo.az Banner
SON DƏQİQƏ
12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək

09.07.2025 11:39 1 491
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
ABŞ-də Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Lüdviq Mərkəzinin alimləri xərçəng xəstəliyinin ilk simptomlar yaranmazdan bir neçə il əvvəl qanda aşkarlanmasının mümkün olduğunu müəyyən ediblər.

Bu barədə Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının "Cancer Discovery" jurnalında dərc olunmuş elmi məqaləsində bildirilir.

Tədqiqatçılar MCED (Multi-Cancer Early Detection) adlanan çoxnövlü erkən xərçəng aşkarlama testi vasitəsilə ultrahəssas DNT sekvensiya üsullarından istifadə edərək müəyyən ediblər ki, şişlər diaqnoz qoyulmazdan 3 il əvvəl qan dövranında müəyyən genetik izlər buraxmağa başlayır.

Tədqiqatın aparıcı müəllifi Yusyuan Van qeyd edib ki, bu zaman çərçivəsi erkən tibbi müdaxilə üçün yetərli imkan yaradır:

"Bu mərhələdə şiş hələ tam inkişaf etməmiş olur və müalicənin uğurla nəticələnməsi ehtimalı xeyli yüksəkdir", - deyə o vurğulayıb.

Bu nəticə, xərçəngin erkən mərhələdə aşkarlanması və qarşısının alınması sahəsində tibbin böyük irəliləyişi hesab olunur. Alimlər bildirirlər ki, belə texnologiyalar gələcəkdə xərçəngin ölümcül fəsadlarını azaltmaqda mühüm rol oynaya bilər.скачать dle 11.3

Son xəbərlər