İsrail hərbçiləri Qəzza zolağında Fələstinin "İslami Cihad" radikal hərəkatının silahlı birləşmələrinin tərkibində raket qüvvələrinin komandiri Xalid Əbu Dəqqanı məhv ediblər.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Əbu Dəqqa Qəzza zolağının mərkəzi hissəsində Deyr əl-Bələhdəki humanitar zonada fəaliyyət göstərib.
"O, İsrail mülki şəxslərinə və SAXAL hərbçilərinə qarşı hücumların rəhbəri olub. Ötən il oktyabrın 7-dən etibarən isə Əbu Dəqqa İsrailin cənub yaşayış məntəqələrinə raket hücumlarını təşkil edib", - deyə məlumatda vurğulanıb.