Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |     18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |    

Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)

Rusiya Federasiyası (RF) bu ilin mart ayından Koreya Xalq Demokratik Respublikasına (KXDR) 56 min ton (yəni milyon bareldən çox) neft göndərib. Beləliklə, Moskva böyük ehtimalla Pxenyanın Ukrayna ilə müharibədə kömək etmək üçün əsgər və silah təhvil verməsini ödəyir.

Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.

Böyük Britaniyanın "Open Source Center” tədqiqat mərkəzinin peyk şəkillərinin təhlilindən sonra verdiyi məlumata görə, son 8 ayda 12-dən çox Şimali Koreya tankeri Rusiyanın Uzaq Şərqdəki neft terminalı ilə Şimali Koreya limanları arasında 43 reys həyata keçirib.

Tankerlərin dənizdəki fotolarından göründüyü kimi, onlar boş halda Rusiyaya gediblər və artıq yüklənmiş halda Şimali Koreyaya qayıdıblar.

Aparıcı ekspertlər əmindirlər ki, Kreml bu neftlə Şimali Koreyaya Pxenyanın Ukraynaya qarşı müharibədə yardım çərçivəsində Rusiya tərəfinə verdiyi silah və əsgərlərə görə pul ödəyir.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi də eyni fikirdədir.

"Open Source Center" tərəfindən sənədləşdirilən ilk reys martın 7-də baş tutub. Yəni Şimali Koreyanın Rusiya Federasiyasına sursat verməsi barədə ilk xəbərlərdən 7 ay sonra. Son reys noyabrın 5-də qeydə alınıb.

"Open Source Center”in baş analitiki Co Börnə görə, belə davamlı neft tədarükü Şimali Koreyaya "sanksiyalar tətbiq olunduqdan sonra görmədiyi sabitlik səviyyəsini” verir.

Qeyd edək ki, Şimali Koreya nüvə proqramına görə BMT-nin sanksiyaları altındadır. Xüsusilə Şimali Koreyanın ildə 500 min bareldən çox neft alması qadağandır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 22.11.24 14:51