Azərbaycanda səkkiz vəkil cəzalandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |     14:42 Hindistanda kimyəvi zavodda partlayış baş verib, 30-dan çox ölən var  |     14:37 Bakı Metropolitenində reklam lövhələri narazılığa səbəb oldu - FOTO  |     14:31 "Beşiktaş" Temmi Abrahamla danışıqlara başladı  |     14:25 Rəisdən ŞOK AÇIQLAMA: "Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim"  |     14:11 Yekaterinburqda Səfərov qardaşlarının qətli ilə bağlı Azərbaycanda cinayət işi BAŞLANDI  |     14:08 Azər Zahid ev dustaqlığına buraxıldı  |     13:50 Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  |     13:11 Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb  |     13:09 Avro 2 manatı keçdi - 4 ildən sonra  |     13:08 Culfa rayonunun bir kəndində qaz kəsiləcək  |     13:08 Lionel Messi "İnter Mayami"dən ayrılmaq istəyir  |     13:07 Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi - VİDEO  |    

Azərbaycanda səkkiz vəkil cəzalandırılıb

Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından daxil olan müraciətlərə, xarici dövlətlərin Vəkillər kollegiyalarına üzv olmaq istəyən hüquqşünaslara onların ölkəmizdə vəkilliyə qəbul olunmaları üçün tələblərə cavab vermələri barədə arayışlara rüsumun tətbiq edilməsi məsələsinə baxılaraq müsbət qərarlar çıxarılıb.

Sonra iclasda ARVK-nın cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması və terrorçuluqla mübarizə sahəsi üzrə səlahiyyətli məsul şəxsinin müəyyən edilməsi qərara alınıb.

Həmçinin, dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan Cahangir Rəhimovun fəaliyyətinin bərpa olunması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

Bundan başqa, vəkilin barəsində hüquq-mühafizə orqanlarından birindən daxil olan təqdimata, o cümlədən bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad edilməsi, maddi yardımın olunması, habelə vəkillik fəaliyyəti dayandırılan vəkilin müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə iki vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, dörd vəkilə töhmət verilməsi, bir vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib, bir vəkilə isə xəbərdarlıq olunub.

Sonda kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            624 18.05.24 14:23