Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:29 Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib  |     16:17 Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? - DOSYE  |     14:57 Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq  |     14:31 Bakıda evdən oğurluq oldu - Usta saxlanıldı (VİDEO)  |     14:30 Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO  |     14:26 Özünü asan qız son anda xilas edildi  |     14:23 Azərbaycanda səkkiz vəkil cəzalandırılıb  |     14:20 Bakıda kişi nənəsini və arvadını bıçaqlamaqda şübhəli bilinir  |     14:19 Azərbaycan nefti cüzi bahalaşıb  |     14:17 Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb  |     14:14 Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ  |     14:13 Məleykə Abbaszadə: “Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub”  |     14:07 DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alan var  |     14:03 Günəşdəki partlayışlar okeanların dərinliklərinə çatıb  |     13:53 “GTA 6” oyununun buraxılış tarixi məlum oldu - VİDEO  |     13:52 Saxta pullarla insanları aldatma halları artır - VİDEO  |     13:50 İki övladı ilə birlikdə 14 gündür itkin düşən qadın niyə evdən qaçıb? - VİDEO  |     13:47 Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI - VİDEO  |     13:39 Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO  |    

Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO

Şəkidə həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən həkim İsrafil Məmmədsoyun görüntüləri yayılıb.
Oxu.az-ın məlumatına görə o, Baş Şabalıd Tibb Məntəqəsinin müdiri vəzifəsində çalışıb.


Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatlar məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata əsasən hadisə otlaq sahəsinin üzərində baş verib.

Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.

***

Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.

Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            291 04.05.24 21:30