Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu.
Median.Az "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq və mimik əzələləri dondurmaq üçün kosmetologiyada geniş istifadə olunur.
Eləcə də nevroloqlar tərəfindən bəzi nevroloji xəstəliklər, əzələ səyrimələri, miqren, baş ağrısı və sidik saxlamamada tətbiq edilir.
Kaliforniya universitetinin alimləri botoksun antidepressant kimi işlədiyini öyrənib.
Onlar ABŞ-ın FDA qurumunun bazasından istifadə edərək araşdırma aparıb.
Bazada 40 min amerikalının botoksla terapiyadan sonra şikayət və nəticələri də toplanıb.
Bu adamlar botoksu müxtəlif səbəblərdən müxtəlif nahiyələrə - alın, boyun, əzələ və ayaqlara vurdurublar.
Məlum olub ki, bütün botoks etdirənləri 90%-i botoksdan sonra depressiyadan 40-50% daha az əziyyət çəkiblər, nəinki vurdurmayanlar.
Eləcə də botoks olunan pasiyentlərin 22-70%-də təşviş hissləri azalıb.
Botoksun psixikaya təsir mexanizmini öyrənən alimlərin ehtimalına görə, botulotoksin beyinin emosiya və əhvalı tənzimləyən hissələrinə düşür və sinir -əzələ vasitəsilə təsir edir.
Buna görə də botulotoksindən depressiya vı təşviş pozuntusu zamanı istifadə yolları öyrənilməlidir.