İlham Əliyev: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:10 Bakıda ağacəkmə aksiyası keçirilib  |     14:09 Əli Əsədov Türkiyəyə səfər edəcək  |     14:07 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO  |     14:05 Xətaidəki qəzada 13 yaşlı oğlan xəsarət alıb  |     14:05 Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb  |     13:45 Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA  |     13:44 Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib  |     13:43 Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO  |     13:41 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:39 Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq  |     13:31 Beyləqanda dörd narkotacir ələ keçdi  |     13:30 Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı  |     13:29 Orqanizmi xərçəngdən qoruyan VİTAMİN  |     13:27 Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar - SƏBƏB  |     13:26 Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi  |     13:23 Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO  |     13:20 Xankəndidə son bir həftədə 33 avtomat tapılıb  |     13:09 Ermənistan Azərbaycan Ordusunun Tavuş istiqamətində atəş açdığı barədə xəbəri təkzib etdi  |     13:07 Azərbaycanda universitetin baş müəllimi vəfat etdi  |     23:01 Həbsdə olan generalın müraciəti geri qaytarıldı  |    

İlham Əliyev: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”

Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur:

“Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 24.09.21 11:50