Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu gün Yalançı çərşənbədir

18.02.2025 11:21 684
Bu gün Yalançı çərşənbədir
Novruz bayramının təmtərağı bir neçə günlə məhdudlaşmır. Qədimdə əkinçilər Böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. İllər keçdikcə çərşənbələrin sayı azalıb, bəziləri yaddan çıxıb.

Bu gün hələ də doğruçu çərşənbə hesab olunan dörd çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur.

Doğruçu çərşənbələrdən fərqli olaraq, Yalançı çərşənbəyə xüsusi hazırlıq görülmür.

Yalançı çərşənbələrin gəlişi cəmiyyətdə öz içindən enerji, güc toplamaq ovqatı, daxilən qarşıdakı çarpışmalara özündə qüvvə, inam tapmağa hazırlıq əhvalı formalaşdırır. Yalançı çərşənbədə alatoran vaxtı həyətlərdə od-ocağı gur olmayan tonqallar qalayırlar. Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd İlaxır çərşənbələrdə (doğruçu çərşənbələrdə) olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş də hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini - bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir.

Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi, səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu və bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adında ifadə olunan mənanı özündə daşıdığını göstərir.

Son xəbərlər