Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam |
Mojo.az Avto
Mojo.az Avto

Bu gün Novruzun ilk çərşənbəsidir

23.02.2021 11:55 2 463
Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir.

Bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır.

Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 13:37-də qədəm qoyacaq. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Son xəbərlər