Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Zelenski Ərdoğana təşəkkür etdi

18.02.2025 21:31 1 785
Zelenski Ərdoğana təşəkkür etdi
Hazırda Ankarada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında açıqlamalar verib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Ukrayna dövlət başçısı türkiyəli həmkarına təşəkkür edib.

"Türkiyədə adət etdiyimiz qonaqpərvərlikdən məmnunam. Münasibətlərimiz həmişə yüksək səviyyədədir. Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində həmişə çox önəmli olub. Biz bütün qlobal prosesləri ətraflı müzakirə etdik. Müharibəni etibarlı və davamlı sülhlə başa vurmaq üçün heç bir səhvə yol verməməliyik. Danışıqlar ədalətli olarsa, Ukrayna, ABŞ və Avropa masa arxasında olarsa, bütün ölkələrin iştirakı ilə təminatlar hazırlanacaq. Bu ölkələr arasında Türkiyə də var. Bu anlayışa görə Ərdoğana minnətdaram", - deyə Zelenski bildirib.

Prezident Ərdoğan da çıxışında müharibənin artıq sona çatmalı olduğunu vurğulayıb.

"Zelenskinin səfəri müharibənin fundamental dinamikasının əhəmiyyətli dəyişikliyə məruz qaldığı bir vaxta təsadüf edir. Müharibədə qalib, sülhdə uduzan olmayacağı anlayışı ilə tərəflər arasında sülhün bərqərar olması üçün çox səy göstərdik. Müharibənin tez və danışıqlar yolu ilə başa çatdırılması üçün Trampın irəli sürdüyü diplomatik təşəbbüs var. Bu yanaşma Türkiyənin siyasəti ilə üst-üstə düşür. Bu müharibə artıq bitməlidir", - Ərdoğan bəyan edib.

Son xəbərlər