Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

3 vəkilə töhmət verildi, 1 vəkilin fəaliyyəti dayandırıldı

18.02.2025 21:41 573
3 vəkilə töhmət verildi, 1 vəkilin fəaliyyəti dayandırıldı
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.


Sonra iclas gündəliyinə uyğun olaraq dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb. Rəyasət heyəti tərəfindən müsbət qərar verilib və ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.


Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad edilməsi məsələlərinə baxılıb, habelə "Kiçikbəyov və partnyorları” Vəkil Bürosunda keçirilən monitorinqin nəticəsi elan olunub və müvafiq qərarlar qəbul edilib

Həmçinin iclasda "Vəkillər Kollegiyasının "Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” müzakirə edilib, il ərzində bir sıra tədbirlərin keçirilməsi ilə bağlı rəy və təkliflərin verilməsi qərara alınıb.


İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 3 vəkilə irad bildirilib və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.скачать dle 11.3

Son xəbərlər