Mojo.az Banner
23:01 İran neftini sata bilmir: Dənizdə milyonlarla barel yığılır  |     22:50 Açıq dənizdə 58-68 milyon barrel İran nefti alıcı gözləyir  |     22:45 Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?  |     22:37 Bu qidalar qocalmanı sürətləndirir  |     22:31 "AZAL" 5 ayda 6,1 milyon dollarlıq ixrac edib  |     22:25 CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?  |     22:20 75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI  |     22:10 Yüzlərlə meymun naməlum səbəbdən zooparkdan qaçıb  |     22:09 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     22:07 Tanınmış bloger qarət edildi  |     22:05 Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb - Video  |     20:54 Bu Çin maşını kəskin ucuzlaşdı  |     20:48 Azərbaycanda bu dövlət qurumları ləğv olundu  |     20:14 Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı  |     20:08 Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)  |     19:56 Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı  |     19:51 NATO "AWACS" radar təyyarələrini İsveç-Kanada istehsalı olan "GlobalEye" ilə əvəz edir  |     19:49 Paşinyan İrana gedir  |     19:38 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     19:32 Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur  |    
Left Banner
Right Banner

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya aldı

18.02.2025 21:58 570
Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya aldı
Həmyerlimiz Ula Rüstəmovanın ABŞ-də qurucusu olduğu Level Zero Health startapı ilkin investisiya raundunu tamamlayıb. Level Zero Health hormonların davamlı monitorinqi üçün cihaz hazırlayır. Qadınların təsis etdiyi tibbi cihaz startapı Level Zero Health hormonların davamlı monitorinqini təmin edəcək innovativ cihaz hazırlamaq məqsədilə fəaliyyətini genişləndirir.

Cəmi bir ildən bir qədər çox yaşı olmasına baxmayaraq, startap 6,9 milyon dollar həcmində ilkin maliyyələşdirmə raundunu uğurla tamamlayıb. Startap invaziv qan analizlərinə ehtiyacı aradan qaldırmağı və hormon balanssızlığı ilə əlaqəli xəstəliklər üçün yeni müalicə üsulları, eləcə də fərdi dozalanan hormonal kontraseptivlər kimi innovativ həllər üzərində tədqiqatları dəstəkləməyi hədəfləyir.

Startapın həmtəsisçisi və baş direktoru Ula Rüstamova, bu texnologiyanın bazarda tamamilə yeni bir kateqoriya formalaşdıra biləcəyini bildirir: "İnvestorlarımızdan biri dedi ki, elə startaplar var ki, mövcud texnologiyalara sadəcə üzlük (wrapper) əlavə edirlər, amma siz isə tamamilə yeni bir texnologiya yaradırsınız.”

O, davam edir: "Məqsəd tamamilə yeni bir bazar formalaşdırmaqdır. Eyni şəkildə, davamlı qlükoza monitorları (CGM) də sıfırdan milyardlarla dollar dəyərində bir bazar yaratdı. Bizim cihaz da ümid edirik ki, bu sahədə yeni startapların yaranmasına təkan verəcək və növbəti onilliklərdə geniş təsirə malik olacaq.”

Tibbi cihazların inkişafı və bazara çıxarılması uzunmüddətli prosesdir. Level Zero Health da bu məqsədə tədricən çatmağı planlaşdırır. Startap ilkin mərhələdə tək istifadəyə yararlı, həkim resepti ilə təyin edilə bilən bir məhsul üzərində işləyir. Prototipi artıq hazırlanmış bu cihazın gələn il istifadəyə verilməsi nəzərdə tutulur və o, süni mayalanma (IVF) və aşağı testosteron səviyyəsi (TRT) kimi tibbi məqsədlər üçün dövri hormon testlərini aparmağa kömək edəcək.

Mövcud prototip dəri altına nüfuz edən kiçik iynələr vasitəsilə hormon səviyyələrini ölçür. Şirkətin uzunmüddətli məqsədi isə 2028-ci ildə bazara çıxarmağı planlaşdırdığı, progesteron, estrogen və testosteron kimi hormonların davamlı monitorinqini təmin edən geyilə bilən cihaz hazırlamaqdır. Bu texnologiya, qan plazması və hüceyrələr arasında vasitəçi rolunu oynayan interstisial mayedə hormon səviyyələrini ölçməklə işləyəcək.

Bu addım hormon monitorinqinin gələcəyini formalaşdırmağa və yeni tibbi yeniliklərin əsasını qoymağa yönəlib.//tech.azскачать dle 11.3
Mojo.az Banner