Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

"OpenAI"dan yeni cihaz: Süni intellekt yardımçısı

22.05.2025 22:39 708
Süni intellekt sahəsində inqilabi nailiyyətlərə imza atan "OpenAI" bu dəfə tamamilə yeni bir cihaz kateqoriyası yaratmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu dəfə hədəf nə ağıllı eynək, nə də geyilə bilən texnologiyadır.

"OpenAI" şirkətinin baş direktoru Sem Altman işçilərinə etdiyi açıqlamada, növbəti böyük məhsulun ekranı olmayan, olduqca kompakt və ətraf mühiti dərk edə bilən bir cihaz olacağını bildirib. Bu cihaz masa üzərində dayana biləcək qədər kiçik və ya cibə yerləşəcək qədər daşına bilən olacaq.

Sem Altman bu texnologiyanı "iPhone" və "MacBook Pro" ilə yanaşı, gündəlik həyatın ayrılmaz hissəsi olacaq üçüncü əsas cihaz kimi təsvir edir və onu "süni intellekt yardımçısı” kimi təqdim edir.

Bu iddialı layihənin arxasında diqqətçəkən bir əməkdaşlıq dayanır. "OpenAI", keçmiş "Apple" dizayneri Coni Ayv tərəfindən yaradılmış və ötən il təsis olunmuş "io" adlı startapı 6,5 milyard dollarlıq səhmlərlə satın aldığını elan edib. Ayv "Apple"da çalışdığı dövrdə "iPhone", "iMac" və "iPad" kimi inqilabi məhsulların dizaynında əsas rol oynamışdı. Artıq o, "OpenAI" çərçivəsində bu yeni cihazın dizaynına rəhbərlik edəcək.

Altmanın açıqlamasına görə, bu satınalma "OpenAI"a potensial olaraq 1 trilyon dollarlıq bazar dəyəri qazandıra bilər. Çünki hazırlanan cihaz, indiyədək mövcud olan əl cihazları, ağıllı eynəklər və geyilə bilən texnologiyalardan tamamilə fərqli olub, yeni bir texnoloji kateqoriyanı formalaşdıracaq.

Altman layihənin rəqiblər tərəfindən kopyalanmaması üçün məxfilik məsələsinin həyati əhəmiyyət daşıdığını vurğulasa da, onun açıqlamasının qeydləri sızıb. Bu hadisə şirkət daxilində etibar problemlərinə səbəb ola və Altmanın gələcəkdə komandaya qarşı nə dərəcədə açıq olacağı ilə bağlı suallar doğura bilər.скачать dle 11.3
Mojo.az Banner