İlham Əliyev “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Narin Güranın məhkəməsi: Dörd şübhəlinin azad edilməsi istənilir  |     22:43 Süni intellekt insan müdaxiləsi olmadan özlərini kopyalaya bilir (ARAŞDIRMA)  |     22:34 DTX İqbal Əbilovun istintaqını bitirdi - Məhkəmə başlayır  |     22:16 İstanbul hava limanı uçuşları dayandırdı  |     21:58 Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya aldı  |     21:47 Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib  |     21:41 3 vəkilə töhmət verildi, 1 vəkilin fəaliyyəti dayandırıldı  |     21:31 Zelenski Ərdoğana təşəkkür etdi  |     21:25 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb  |     21:11 Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub  |     21:06 Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir  |     21:00 Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq  |     20:54 Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     20:49 Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib  |     20:44 Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib  |     20:37 İranda iki Britaniya vətəndaşına casusluq ittihamı irəli sürülüb  |     20:31 Dövlət katibi: Rusiya və ABŞ səfirliklərinin heyətini bərpa etmək barədə razılığa gəlib  |     20:26 NİİM: Zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək  |     20:21 Bakıda Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək  |     20:15 Bakı-Balakən qatarının stansiya və dayanacaqlarda dayanma müddəti artırılıb  |    

İlham Əliyev “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad edilən Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağını dalğalandırıb. İndi isə üçrəngli Azərbaycan bayrağı altında beynəlxalq sularda üzəcək “Kəlbəcər” neft tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bunun çox böyük rəmzi mənası var.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur. Bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları artıq özü istehsal edir. Bakı gəmiqayırma zavodunda gəmilərin istehsalı, o cümlədən “Kəlbəcər” neftdaşıyan tankerinin inşa olunaraq istismara verilməsi bunun əyani təzahürüdür. Şübhəsiz ki, bu cür mühüm əhəmiyyətə malik istehsalın ölkəmizdə təmin olunması iqtisadi qüdrətimizi və Azərbaycanda icra olunan böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə davam etməsini nümayiş etdirməklə gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə göstərir.

Dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

“Kəlbəcər” neftdaşıyan tankerinin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 18 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.

Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

Yeni tanker Bakı gəmiqayırma zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir. Bu tip 4 tanker sifariş verilib ki, hazırda yerli mütəxəssislər tərəfindən ikisinin tikintisi davam etdirilir. Ümumilikdə, zavoda 10 yeni gəminin tikintisi ilə bağlı sifariş verilib ki, onların da artıq altısının, o cümlədən 1 yedək, 3 sərnişin, 1 Ro-Pax tipli gəmi-bərənin və 1 tankerin tikintisi başa çatdırılaraq istismara verilib. Hazırda daha 2 neft tankeri ilə yanaşı, Ro-Pax tipli bir gəmi-bərənin inşası davam etdirilir. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 809 10.09.21 15:06