47 yaşlı kişi dərsdən qayıdan 11 yaşlı qızı yolda tutub zorladı - Tovuzda DƏHŞƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:55 Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ  |     23:01 Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     22:53 Məhkum general azadlığa 6 ay tez çıxmaq istədi...  |     22:45 Balakənə qatarla getmək istəyənlərin nəzərinə!  |     22:39 "150 bal toplaya bilməyən subbakalavrın universitetə daxil olması DOĞRU DEYİL"  |     22:32 Bakının bu rayonundakı parklarda idman qurğuları quraşdırılacaq  |     22:25 Elçin Əmirbəyov: Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni dövrünə hazırdır  |     22:20 Azərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəldi  |     22:12 Bakıda direktor CƏZALANDIRILACAQ: "Məktəbin həyətində işçilərə avtomobil yudurdur"  |     22:03 Göz sağlamlığı üçün təhlükəli kosmetika açıqlandı  |     21:57 Biləsuvarda ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal topladı  |     21:51 Bu yay Yer tarixində ən qısa günlərdən biri yaşana bilər  |     21:46 "Daha marş yazmayacam!" - "Əsgər marşı"nın bəstəkarı  |     21:40 Yeni Ceyms Bond filminin rejissoru açıqlandı  |     21:33 Yay gəldi, isti gəlmədi - İyun ayında hava niyə sərin keçir?  |     21:28 Banklarda nağd pul çatışmazlığı yaranıb?  |     21:21 Yay aylarında keçməyən baş ağrısının səbəbi bu ola bilər  |     21:12 Dərnəgüldəki mərmər zavodu işçilərin maaşını niyə vermir? -VİDEO  |     21:06 Ət bahalaşacaq: Səbəb açıqlandı (VİDEO)  |     21:00 Azərbaycan Ordusunda xidmət edən qadınların sayı  |    

47 yaşlı kişi dərsdən qayıdan 11 yaşlı qızı yolda tutub zorladı - Tovuzda DƏHŞƏT

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda dərsdən qayıdan məktəbli qızı zorlayan şəxsin məhkəməsi başlayıb.

Median.Az
news24.az-ın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə 48 yaşlı Mehralıyev Raqif Vaqif oğlunun barəsindəki işə baxılır.

R.Mehralıyev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni 14 yaşı tamam olmamış şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə və 149.3.3-cü, yəni 14 yaşı tamam olmamış şəxsi zorlama maddələri ilə iş açılıb.

Belə ki, hadisə keçən il oktyabrın 9-da Tovuzun Yuxarı Öysüzlü kəndində baş verib. Yolun kənarında 2 qıza hücum edərək onlardan birini yerə yıxaraq zorlamağa çalışan 1971-ci il təvəllüdlü Mehralıyev Raqif Vaqif 11-12 yaşlı qızlar məktəbdənkənar hazırlıq kursundan evə qayıdarkən onlara hücum edib.

Ətrafda heç kimin olmamasından istifadə edən 47 yaşlı Raqif Mehralıyev sərxoş vəziyyətdə qızlara cumub. O, əlindəki butulkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız - 11 yaşlı Ə.M. qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlayıb. Hadisə vaxtı yeniyetmə qız müxtəlif dərəcəli xəsarətlər alıb.

Günahı sübuta yetiriləcəyi təqdirdə Raqif Mehralıyevi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 177 12.04.19 13:48