"150 bal toplaya bilməyən subbakalavrın universitetə daxil olması DOĞRU DEYİL" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 12 yaşında "eBay"də oyuncaq satırdı, indi milyonluq biznesə sahibdir  |     22:52 İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?  |     22:44 Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu  |     22:39 Bakıda oteldə yanğın olub  |     22:31 Süni intellekt kosmosda hansı sahələrdə istifadə olunur?  |     22:24 Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?  |     22:16 Bakıda tramvaylar bərpa olunacaqmı? (Video)  |     21:59 Növbəti günəş superfırtınası Yerə heç vaxt olmadığı qədər güclü təsir edə bilər  |     21:56 Azərbaycanlı PUA operatoru müharibədə həlak oldu  |     21:54 Gəncədə oğul atasını bıçaqladı  |     21:37 Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb  |     21:33 Rusiya üzərində 32 Ukrayna PUA-sı vurulub  |     21:23 Səfir: Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır  |     21:13 Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzub  |     20:55 Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? (ARAŞDIRMA)  |     20:46 Gürcüstanın DTX rəhbəri 5 ay sonra istefa verdi  |     20:39 Pakistan və Banqladeş arasında birbaşa uçuşlar uzun müddətdən sonra bərpa edilir  |     20:33 Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var  |     20:28 Fransada sərnişinin pilot kabinəsinə girmək cəhdindən sonra təyyarə aeroporta geri dönüb  |     20:21 Ombudsman media subkyetlərinə və valideynlərə uşaqlarla bağlı çağırış edib  |    

"150 bal toplaya bilməyən subbakalavrın universitetə daxil olması DOĞRU DEYİL"

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 6.4-cü maddəsinə görə, orta ixtisas təhsili pilləsini (subbakalavr səviyyəsini) bitirmiş şəxslər müvafiq ixtisas uyğunluğu olan ali təhsil müəssisələrinə qəbul oluna bilərlər.

Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul olunması praktikası Azərbaycanda son illərdə geniş tətbiq olunmağa başlayıb. Bu yanaşma, zahirən təhsilin davamlılığını təmin etmək, daha geniş əhali təbəqəsinin ali təhsil almasına şərait yaratmaq məqsədi daşıyır. Lakin bu modelin tətbiqi həm hüquqi, həm struktur, həm də pedaqoji baxımdan ciddi suallar doğurur.

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu hüququn verilməsi nəzəri baxımdan təqdirəlayiqdir. Lakin qanunun bu müddəası real praktikada qiymətləndirmə sisteminin şəffaflığı və obyektivliyi ilə təmin edilmədiyindən, ali məktəblərə imtahansız keçən şəxslərdə ciddi bilik fərqi müşahidə olunur:

“Subbakalavrlar ali məktəblərə kollec dövründəki akademik göstəricilər əsasında qəbul olunurlar. Bu qiymətlərin isə necə və hansı şəraitdə verildiyi, hansı meyarlarla ölçüldüyü, hansı nəzarət orqanı tərəfindən yoxlanıldığı praktikada tam qeyri-müəyyəndir”.

İmtahanda 150-200 bal toplaya bilməyənlərin imtahansız universitetə daxil olması...

Ekspert vurğulayıb ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 55-ə yaxın dövlət və özəl kollec var. Bu kolleclərdə təhsilin təşkili, qiymətləndirmə siyasəti və müəllim heyətinin ixtisas səviyyəsi arasında ciddi qeyri-bərabərlik mövcuddur:

“Bəzi kolleclərdə qiymətləndirmə sistemində hələ də kağız əsaslı və formal yoxlama üsulları qalır, kurikulumlar isə müasir əmək bazarının və universitet proqramlarının tələblərinə cavab vermir. Nəticədə, yüksək ortalama göstəricilər subbakalavrın həmin qiymətləri hansı səviyyədə əldə etdiyi mübahisəli olur. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul imtahanlarında bəzən 150–250 bal aralığında nəticə göstərən, hətta ali məktəbə qəbul oluna bilməyən abituriyentlər eyni fakültələrə subbakalavr statusu ilə, heç bir imtahan vermədən daxil edilir. Bu isə sistemin içində ədalətsiz, təhrikedici və motivasiya sarsıdıcı ziddiyyət yaradır”.

Subbakalavrların sayı çoxaldıqca, narazılıqlar da artır

“2022-ci ilin sonundan 2024-cü ilin ortalarınadək ali təhsil müəssisələrinə imtahansız qəbul olunan subbakalavrların sayı 10.500 nəfəri keçib. Onların əksəriyyəti iqtisadiyyat, pedaqogika, hüquq, biznes və turizm sahələrində ixtisaslaşmış fakültələrə yerləşdirilmişdir. Məhz bu sahələr üzrə ali təhsil müəssisələrinin məzunlarının sayı hər il artır, lakin işəgötürənlər arasında onların bilik və bacarıq keyfiyyətləri ilə bağlı narazılıqlar da çoxalır. Belə tendensiyalar, universitet diplomunun ictimai dəyərinin, akademik reputasiyanın və karyera perspektivlərinin zəifləməsinə səbəb olur. Universitetin səviyyəsini və elmi nüfuzunu qorumaq əvəzinə, onu “kütləvi diplom verən müəssisə” formasına salmaq təhlükəsi yaranır”,- deyə K.Əsədov bildirib.

Prosesin müsbət tərəflərindən də danışan ekspert vurğulayıb ki, bu sistem müəyyən sosial təbəqələrə ali təhsilə çıxış imkanı verir. Əsasən regionlardan gələn, sosial rifah səviyyəsi aşağı olan ailələrin övladları kollecə daxil olub oradan ali məktəbə keçid üçün fürsət qazanırlar.

Subbakalavrların universitetə daxil olmasına Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi nəzarət etməlidir

“Mövcud vəziyyətin dəyişməsi üçün ilk növbədə kolleclərdə qiymətləndirmə sistemi tam şəkildə rəqəmsallaşdırılmalı, Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi bu qiymətləndirməyə real nəzarət etməlidir. Eyni zamanda, subbakalavrların universitetə keçidi üçün minimum GPA ilə yanaşı, əlavə test imtahanı və ya müsahibə mərhələsi tətbiq olunmalıdır. Bu zaman tələbənin akademik hazırlığı, motivasiyası və uyğunluğu obyektiv şəkildə ölçülə bilər. Həmçinin yalnız müvafiq ixtisas uyğunluğu olan hallarda keçidə icazə verilməli, “hər kollecdən hər fakültəyə keçmək olar” yanaşmasına son qoyulmalıdır. Belə bir sistem həm kollecə hörmət qazandırar, həm də universitetlərin nüfuzunu qoruyar”.

Sonda Kamran Əsədov qeyd edib ki, dəyişikliklər özünü praktikada göstərsə, ali təhsil müəssisələrində keyfiyyət fərqləri aradan qalxacaq, şagird və tələbə arasında ədalətli rəqabət bərpa olunacaq və təhsil sistemi daha etibarlı və şəffaf hala gələcək:

“Əgər dəyişiklik edilməzsə, subbakalavr sistemindən imtahansız qəbul mexanizmi ali təhsilin səviyyəsini və cəmiyyətin təhsilə olan etimadını sürətlə aşındıracaq. Təhsil sisteminin davamlılığı yalnız forma ilə deyil, məzmunla təmin olunmalıdır. Bunun üçün isə şəffaflıq, obyektivlik və keyfiyyət meyarlarına əsaslanan islahatlar qaçılmazdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 26.06.25 22:39