Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Yeni Ceyms Bond filminin rejissoru açıqlandı

26.06.2025 21:40 1 020
Yeni Ceyms Bond filminin rejissoru açıqlandı
"Agent 007" haqqında növbəti filmin rejissoru artıq müəyyənləşib.

"Variety" nəşrinin məlumatına görə, bu vəzifə tanınmış kanadalı rejissor Deni Vilnöva həvalə edilib.

"Amazon MGM Studios"un keçirdiyi seçim mərhələsində "Dyuna" filminin müəllifi olan Deni Vilnöv, "Qərb cəbhəsində yenilik yoxdur" və "Konkla" filmləri ilə tanınan Edvard Berqer, "Paddinqtun” və "Wonka” ilə məşhurlaşan Pol Kinq, "Şon adlı zombilər” və "Az qala polis” filmlərinin müəllifi Edqar Rayt, həmçinin "Westworld” serialının həmmüəllifi Conatan Nolan da namizədlər sırasında yer alıb. Lakin seçim Vilnövun xeyrinə başa çatıb.

Rejissor bu xəbərə münasibət bildirərək, Ceyms Bond seriyasının onun üçün xüsusi önəm daşıdığını qeyd edib:

"Uşaqlığımda kinoteatra ilk gedişlərim məhz 007 ilə bağlı idi. Atamla Bond filmlərinə baxmaq ən dəyərli xatirələrimdəndir. Mən Ceyms Bondun pərəstişkarıyam. Bu, mənim üçün müqəddəs bir sahədir. Bu mirasa hörmətlə yanaşacağam və yeni missiyalara yol açmağa çalışacağam. Bu, həm böyük məsuliyyət, həm də inanılmaz həyəcanlıdır. "Amazon MGM Studios"a etimada görə təşəkkür edirəm".

"Amazon MGM Studios" və "Prime Video" rəhbəri Mayk Hopkinz bildirib ki, Deni Vilnöv müasir kinematoqrafiyanın ən güclü adlarından biridir və onun bu layihəyə rəhbərlik etməsi Bond franşizasına böyük dəyər qatacaq:

"Deni qeyri-adi vizual aləmlər, dinamik effektlər və mürəkkəb personajlar yaratmaqda ustadır. "Agent 007"nin yeni macərası bu günün ən möhtəşəm rejissorlarından birinin əllərindədir".

Filmin icraçı prodüserləri arasında Vilnövun həyat yoldaşı Tanja Lapuant, eləcə də tanınmış prodüserlər Emi Paskal və Devid Heyman yer alacaq.

Qeyd edək ki, Deni Vilnöv "Oskar” mükafatına namizəd olmuş "Dyuna” trilogiyası, "Blade Runner 2049”, "Gəliş”, "Düşmən” kimi yüksək reytinqli filmlərlə tanınan fransızdilli kanadalı rejissordur.
//qaynar.az

Son xəbərlər