Mojo.az Banner
23:01 Qohumlar arasında ev münaqişəsi böyüyərək qalmaqala çevrildi - Video  |     22:55 Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var  |     22:48 Sabah meteohəssas insanları narahat edən hava gözlənilir  |     22:41 “ChatGPT”-nin danışıq tərzi dəyişir: Yeniliklər açıqlandı  |     22:36 Məşhur ağrıkəsicilər sağlamlığınıza zərər verə bilər: Problem nədir?  |     22:30 Rəsmi servis, yoxsa "tanış usta"?  |     22:25 Azovda həlak olan kapitanın həyat yoldaşı DANIŞDI - Video  |     22:18 "Son zəng" neçəyə başa gəlir?  |     22:11 Süni intellekt ən sirli əlyazmanı deşifrə etdi  |     22:06 "Bitcoin" 60 min dollardan aşağı düşdü: 2024-ün oktyabrdan bəri ilk dəfə..  |     21:58 Göygöldə torpaq sürüşməsi olub (Yenilənib)  |     21:53 Parkinqdə drift edən şəxsləri polis saxladı  |     21:44 Sosial şəbəkələrdə yayılan görüntülər insanları təşvişə saldı - Video  |     21:36 Leyla Əliyeva Nəbi Xəzrinin şeirini səsləndirdi - Video  |     21:30 Paytaxtda kütləvi dava: Polis hərəkətə keçdi - Yeddi nəfər saxlanıldı (Yenilənib)  |     21:21 Evdə ən az elektrik işlədən cihazlar açıqlandı  |     21:12 Trampın İrana verdiyi vaxt başa çatır: Yenidən uzadılacaqmı?  |     21:07 Bakıda maşınlar bina üzərində drift etdi - Video  |     20:59 Həlak olanların cənazələri Azərbaycana gətiriləcək - AÇIQLAMA  |     20:53 Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |    
Left Banner
Right Banner

Azərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəldi

26.06.2025 22:20 504
Azərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəldi
Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.

"Report" xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

33 kqÜlviyyə Musayeva rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub.

36 kqGülay Xasməmmədova rumıniyalı Ariana Harsana 15:8 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya "tuş”la məğlub uduzub.

39 kq

Yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova macarıstanlı Eliza Bodiyə "tuş”la qalib gələrək yarımfinala yüksəldi. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

42 kq

Yağmur Məlikli 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova eyni mərhələdə ukraynalı İvanna Maydanskaya "tuş”la uduzub. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.

46 kq

Nuray Cəfərli polşalı Karolina Qvodza 6:0 hesabıya qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib – 0:10. Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

50 kq

Günel Kərimli təsnifat mərhələsində rusiyalı Varvara Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya "tuş”la uduzub. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.

54 kq

Məryəm Əmrəli türkiyəli Asya Cintasa 9:2, makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovska keçilməz olub – 2:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

58 kq

İnci Abdullayeva ilk mərhələdə gürcüstanlı Ana Tsereteliyə "tuş”la məğlub olub.

62 kq

Rəna Nuriyeva serbiyalı Nikoleta Saboya tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı Darya Markovaya 1:10 hesabıyla məğlub olub. Rəna sabah təsəlliverici görüşə çıxacaq.
66 kq

Simurə Abdullayeva bolqarıstanlı Veronika Stoilovaya 7:6 və polşalı Karolina Loianixə 8:2 hesabıyla, serbiyalı Fani Sosa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib.
Həmyerlimiz yarımfinalda isə belaruslu Kamila Rudziankovaya heç bir şans tanımayıb – 10:2. Şəmkir güləş məktəbinin yetirməsi finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.
Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner