Mojo.az Banner
20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |     19:55 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:50 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı  |     19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəldi

10.06.2025 23:11 1 113
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəldi
Azərbaycanın iki yunan-Roma güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

Qaynarinfo xəbər verir ki, bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Abdurrahman Hüseynli (45 kq) ukraynalı İqor Tutskanyuka (9:0) və moldovalı Vadim Tarelunqaya (8:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib.

15 yaşlı güləşçimiz yarımfinalda rusiyalı Artyom Tkaçenko üzərində inamlı qələbə qazanıb – 9:2. Abdurrahman sabah finalda gürcüstanlı Saba Abaşidze ilə güləşəcək.

Elşad Abbasov (51 kq) polşalı Matsey Qriniaya (9:0) və türkiyəli Serkan Gülləyə (17:9) tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Elşad finalın bir addımlığında ermənistanlı Marat Atşemyanla bacarmayıb – 0:10. Abbasov bürünc medal uğrunda qarşılaşmada Keve Kovaç (Macarıstan) – İosif Stratan (Moldova) görüşünün qalibiylə üz-üzə gələcək.

Əli Nəzərov (60 kq) ukraynalı Denis Seredinə 4:1 hesabıyla, moldovalı Vlad Duminikaya isə tam üstünlüklə (8:0) qalib gələrək yarımfinala adını yazdırıb.

Əli yarımfinalda türkiyəli Abdul Arslantaşdan güclü olub – 3:1. Nəzərov finalda ermənistanlı Hayk Manukyanla qarşılaşacaq.
скачать dle 11.3
Mojo.az Banner