Mojo.az Banner
15:25 Niyə "Xruşşovka"lar günü-gündən bahalaşır?  |     14:24 Bakı-Sumqayıt yolunda bitişik obyektlərdə yanğın oldu - Video  |     14:22 Ötən gün həyatını itirən həkimin ÖLÜM SƏBƏBİ BİLİNDİ  |     14:21 Ərinin məzarını ziyarət edən qadının ürəyi dayandı - Azərbaycanda  |     14:11 Tərtərə qonaq gedən kişi arı sancmasından ÖLDÜ  |     14:01 Ucuz qiymətə mebel satışı adı altında dələduzluq edən şəxs SAXLANILDI - Video  |     13:59 FHN əməkdaşı iş başında öldü - FOTO  |     13:56 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı  |     13:55 Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb  |     13:53 Azərbaycan nefti ucuzlaşıb  |     13:51 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib  |     13:50 Gəncədə qadın sürücünün avtomobili mopedlə toqquşdu: Kuryer ÖLDÜ  |     13:48 Filipp Kirkorov Alla Puqaçovanın saxta evliliklə bağlı fikirlərinə cavab verib  |     13:47 Rusiya aeroportlarında yeni qaydalar tətbiq olunub  |     13:39 Manatla bağlı dəyişiklik: Proses qiymətlərə necə təsir edəcək? - VİDEO  |     13:37 Bakıdan Təl-Əvivə uçuşlar bərpa edilir - Tarix açıqlandı  |     13:35 AZAL Dubaya uçuşları bərpa edir  |     13:33 Bakıda itkin düşən şəxsin GÖLDƏ MEYİTİ TAPILDI  |     13:11 Alyona Əliyeva Buta İncəsənət Mərkəzindən paylaşım edib - FOTO  |     23:02 Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu  |    
Left Banner
Right Banner

Sotomayor ermənini rinqə çıxdığına peşman etdi - YENİLƏNİB

22.06.2019 16:51 1 985
Sotomayor ermənini rinqə çıxdığına peşman etdi - YENİLƏNİB
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo idman növünün ilk günündə millimiz medal qazana bilməyib.

Bürünc medal qazanmaq şansını saxlayan Gültac Məmmədəliyeva (-52 kq) italiyalı rəqibi Odetta Quiffrida ilə görüşdə ippon fəndinə düşərək uduzub.

Qeyd edək ki, bu gün mübarizə aparmış digər altı cüdoçumuz isə daha əvvəl mübarizəni başa vurub.

* * * *

Bu gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ikinci günə start verilib.

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən Nigar Nəsirova və Ruslan Lunyov debüt edib.

Onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında 566 xalla 19-cu yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Bu gün cüdo yarışına da start verilib. Aişə Qurbanlı (-48 kq) rumıniyalı idmançıya qalib gəlsə də, 1/8 finalda ispaniyalı rəqibi onu ippona salıb. Bu çəkidə digər idmançımız – monqolustanlı İçinxorlu Munxtsedev ilk görüşündə gürcü rəqibinə yenilib.

Gültac Məmmədəliyeva (-52 kq) finlandiyalı və belçikalı rəqiblərini məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə polşalı Aqata Perentsə uduzub. İdmançımız bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. Bu çəkidə rumıniyalı legionerimiz Aleksandra-Larisa Florian isə ilk görüşdə polşalı idmançıya uduzub.

Kişilərimiz də uğursuz çıxış edib. 60 kq-da çıxış edən iki idmançımız Kəramət Hüseynovla Orxan Səfərov sloveniyalı rəqiblərini keçsələr də, 1/8 finalda müvafiq olaraq Niderland və Belçika idmançılarına yenilib.

Nicat Şıxəlizadə isə ukraynalı Boqdan Yadova məğlub olaraq mübarizəni başa vurub.

Sambo yarışlarına da bu gün start verilib. Mehman Xəlilov (-57 kq) belaruslu, Ceyhun Hüseynov (-82 kq) gürcüstanlı rəqiblərinə uduzub.

Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla qarşılaşacaq. Ceyhun Hüseynov isə bürünc medal üçün təsəlliverici görüşdə italiyalı rəqibinə uduzub.

Emil Həsənov (-68 kq) 1/4 finalda rumıniyalı rəqibinə qalib gəlsə də, yarımfinalda gürcü rəqibinə uduzub. O, bürünc medal uğrunda görüşdə bolqarıstanlı Martin İvanovla axşam seansında qarşılaşacaq.

Samboda yeganə qadın idmançımız Gözəl Zutova (-72 kq) da uğursuzluğa düçar olub. O, ilk görüşdə fransalı, təsəlliverici qarşılaşmada isə rumıniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Bu gün boksda Olimpiya mükafatçımız Lorenso Sotomayor (-69 kq) mübarizəyə qoşulub. O, 1/16 finalda ermənistanlı Qurqen Madoyan üzərində 5:0 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, boksda bu gün komandamızın lideri Kamran Şahsuvarlı, Cavid Çələbiyev və Alfonso Dominqes də mübarizə aparacaq.

/oxu.az/

скачать dle 11.3
Mojo.az Banner