Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Banklarda nağd pul çatışmazlığı yaranıb?

26.06.2025 21:28 768
Banklarda nağd pul çatışmazlığı yaranıb?
Bu ilin may ayında Mərkəzi Bank tərəfindən keçirilən repo hərracları üzrə cəlb olunan vəsaitin həcmi 1 milyard 700 milyon manat təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu göstərici son illərdə qeydə alınan rekord göstərici olub.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə repo hərracında 113 dəfə artım olub.

Qeyd edək ki, repo hərracı Mərkəzi Bankla banklar arasında bağlanan bir növ "qısamüddətli borc müqaviləsidir”. Bankların müəyyən vaxt üçün pula ehtiyacı olanda, onlar Mərkəzi Bankdan vəsait alır, qarşılığında isə özlərində olan qiymətli kağızları girov qoyurlar. Müəyyən müddətdən sonra isə həmin pulu geri qaytarır və əlavə olaraq müəyyən faiz ödəyirlər.

May ayında bir həftəlik "borc”un faiz dərəcəsi 7,22% olub. Bu isə onu göstərir ki, banklar pul əldə etmək üçün yüksək faizlə razılaşmağa məcbur olublar. Bu da öz növbəsində bankların nağd pula – yəni likvidliyə ehtiyacının artdığını göstərir.

Son xəbərlər