Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan manatı dəyərini itirir? - Mərkəzi Bankdan AÇIQLAMA

11.08.2021 16:24 2 358
Azərbaycan manatı dəyərini itirir? - Mərkəzi Bankdan AÇIQLAMA
“Son üç ilin təcrübəsi göstərir ki, pul kütləsinin artımı yüksək inflyasiya təzyiqi yaratmır”.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən Mərkəzi Bankdan məlumat verilib.

Son statistikalara əsasən, Azərbaycanda pul bazasının həcmi əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyatda pul kütləsinin artması isə inflyasiyaya səbəb olan meyarlardan hesab edilir.

Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, ölkədə bu dövrdə pul bazasının artım tempinin yüksək olmasına baxmayaraq, inflyasiya səviyyəsi orta hesabla illik 2,5 faiz olub:

“Pul bazası cari ilin ötən dövründə 4,5 faiz, manatla geniş pul kütləsi isə 5,8 faiz artıb. Dövriyyədə olan nağd pul kütləsinin həcmi isə cüzi (1,8 faiz) artım nümayiş etdirib.

Bütövlükdə, son illər ərzində monetar şəraitin yumşaq saxlanılması çərçivəsində pul kütləsinin artımı makroiqtisadi sabitlik hədəflərinə xələl gətirmədən iqtisadiyyatın pula tələbinin ödənilməsi və iqtisadi aktivliyin dəstəklənməsinə yönəldilib”.

Qeyd edək ki, 2021-ci il avqust ayının əvvəlinə olan göstəriciyə əsasən, Azərbaycanda manatla pul bazasının həcmi 14 213 400 000 manat təşkil edib. Pul bazasının həcmi aylıq müqayisədə 3 faizə qədər, 2020-ci ilin eyni dövrü ilə (illik) müqayisədə isə 21,7 faiz artıb. İlin əvvəlinə Azərbaycanda manatla pul bazasının həcmi 13 564 200 000 manat olub.

Son xəbərlər