Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Daha marş yazmayacam!" - "Əsgər marşı"nın bəstəkarı

26.06.2025 21:46 585
1992-ci ildə sənət adamları cəbhə bölgəsinə gedir, əsgərlərə pay aparar, həm də onların könlün almaq üçün konsert verirdilər. Həmin səfərlərin birinə də bəstəkar Cavanşir Quliyev qoşulub. 1992-ci ilin əvvəllərində, hələ Şuşa ilə Laçın işğal olunmazdan əvvəl cəbhə bölgəsinə səfər zamanı Laçın batalyonunda Cavanşir Quliyevə sözləri Əli Kaminə məxsus şeir verirlər ki, bu sözlərə bir marş yazsın, çünki cəbhədə əsgərlər üçün oxumağa öz dilimizdə mahnı yoxdur, hamısı ruscadır.

Cavanşir Quliyev həmin vərəqi götürüb Bakıya gəlir. Bakıda Azərbaycan Televiziyasının o vaxtkı rəhbəri Elşad Quliyev də bəstəkardan marş yazmağı xahiş edir. Xocalı faciəsindən sonra həm ön, həm də arxa cəbhədə insanlar narahat idi, bu narahatlığın aradan qalxması üçün də milli ruhlu vətənpərvərlik marşlarına ehtiyac duyulurdu. Elşad Quliyev Cavanşir Quliyevdən bu işin üstünə bərk düşməyi xahiş edir. Cavanşir Quliyev də cəbhədəki vəziyyəti görəndən sonra inamla marş yazmağa başlayır.

Marş ilk dəfə Laçın batalyonundakı əsgərlərə dinlədilib. Elə bəstənin ilk adı da məhz "Laçın batalyonunun marşı” olub. Tezliklə bu bəstə ölkənin dörd bir yanına yayılır, hamı da ona "Əsgər marşı” deməyə başlayır. Cavanşir Quliyev də marşın yeni adı ilə razılaşır.

Bundan əlavə, Cavanşir Quliyev "Fərhad” filmi üçün də "Qarabağ marşı” bəstələyir. Ancaq bu bəstənin filmə uyğun gəlmədiyi düşünüldüyündən istifadə olunmur. Şəxsi arxivində səsi saxlayan C.Quliyev İkinci Qarabağ müharibəsində ilk dəfə bu bəstəni öz Facebook hesabında paylaşıb. Qısa zamanda populyarlıq qazanan həmin marş Vətən müharibəsi dövründə ən çox dinlənilən bəstələrdən birinə çevrilir.

Modern.az-a açıqlamasında Cavanşir Quliyev yeni marşlara münasibət bildirib:

"O bəstələrə mən deyil, siz - dinləyicilər dəyər verməlidir. Mən yazılan bəstələrin hamısını dinləməmişəm, ona görə də nəsə demək düzgün olmaz. Azərbaycana döndüyüm cəmi 3 ildir, olmadığım 17 ildə çox əsər yazılıb, onları dinləməyə vaxtım yoxdur. Amma bəstələrin nə qədər uğurlu olması dinləyicilərin yaddaşında qalmasından aslıdır”.

1993-cü ildə yazdığı "Qarabağ marşı” da dinləyicilər tərəfindən sevilən C.Quliyev daha marş yazmayacağını da açıqlayıb.

"Mən marşımı yazdım. Adam neçə dəfə sübut edər ki, dəvə deyil? Daha marş yazmayacam!”.

Son xəbərlər