Mojo.az Banner
00:09 Bakıda bu evlər söküləcək - Plana düşdü  |     22:57 Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR  |     22:53 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |     22:44 Şəhid mayor Asiman Əliyevin atası vəfat etdi  |     22:31 Kişi arvadını, sonra özünü öldürdü - Lənkəranda DƏHŞƏT  |     22:21 Qonaq getmişdilər, evləri yandı  |     22:14 Hövsanda dəmir yolunun ətrafında tikilmiş evlər SÖKÜLƏCƏK  |     22:09 Şəkidə həyətdən qadın meyiti tapıldı  |     22:00 Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun  |     21:55 Ölkənin ən gənc generalları ONLARDIR  |     21:46 Yağış, qar yağacaq, güclü külək əsəcək  |     21:45 Tramp qlobal idxal rüsumlarını 10 faizdən 15 faizədək artırdı  |     21:31 Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək  |     21:29 Amsterdamın mərkəzi meydanında "Xocalıya ədalət" aksiyası keçirilib  |     21:24 Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında  |     21:20 Gəncədə iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı  |     20:58 Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq prosesləri müzakirə ediblər  |     20:40 Cəlilabadda ev yandı  |     20:35 Ramazan ayının dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     20:10 Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı  |    
Left Banner
Right Banner

Elçin Əmirbəyov: Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni dövrünə hazırdır

26.06.2025 22:25 360
Elçin Əmirbəyov: Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni dövrünə hazırdır
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutundakı çıxışında Bakının strateji prioritetləri, Ermənistanla sülh müqaviləsinin perspektivləri və Meksika ilə münasibətlərin inkişafı barədə danışıb.

Bu barədə məqalə Meksikanın "Revista Mundo Internacional” nəşrində dərc edilib.

Meksikaya rəsmi səfəri zamanı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutunda tələbələr, diplomatlar və dəvət olunmuş qonaqlar qarşısında açıq mühazirə ilə çıxış edib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.

Əmirbəyov üç mövzuya diqqət yönəldib: Azərbaycan – Meksika əlaqələrinin inkişafı, Cənubi Qafqazda geosiyasi dəyişikliklər və Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi.

"Coğrafi uzaqlığa baxmayaraq, beynəlxalq məsələlərdə ortaq mövqelərə əsaslanan çevik və konstruktiv siyasi dialoq inkişaf etdirmişik”, – deyə diplomat Azərbaycan – Meksika münasibətilərini şərh edərkən söyləyib. Onun sözlərinə görə, BMT çərçivəsində diplomatik əlaqələr həmişə beynəlxalq hüquqa qarşılıqlı hörmətlə fərqlənib.

O, xüsusilə ADA Universiteti ilə Matias Romero İnstitutu arasında Anlaşma Memorandumuna diqqət çəkərək akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu anlaşma "müəllim və tələbə mübadiləsi vasitəsilə cəmiyyətlərimizi yaxınlaşdırmağa imkan verəcək”.

İqtisadi məsələlərə gəlincə, Əmirbəyov ölkələr arasında ticarət həcminin 239 milyon dollar olduğunu, lakin potensialın daha çox olduğunu qeyd edib. "Ticarəti gücləndirmək üçün maraq sahələrini müəyyən etməliyik”, – Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi söyləyib.

Cənubi Qafqaz regionundakı transformasiyaları şərh edən diplomat yeni dünya nizamının yarandığını bildirib. Onun sözlərinə görə, ənənəvi ittifaqlar dəyişir, yeni konfiqurasiyalar meydana çıxır. "Regionumuz həm çağırışlar, həm də imkanlarla üzləşir”, – Əmirbəyov açıqlayıb.

O, ölkənin Şərqlə Qərb arasında enerji təchizatçısı və nəqliyyat qovşağı kimi strateji rolunu vurğulayıb.

Diplomatın sözlərinə görə, hərbi bloklara qoşulmama siyasəti və müstəqil xarici siyasətin dəstəklənməsində davamlılıq "bizi etibarlı, proqnozlaşdırıla bilən və etimad qazanmış tərəfdaş edir”: "Biz həmçinin regionlar arasında əlçatan danışıqçı, tez-tez nüfuzlu vasitəçi kimi çıxış edirik. Konsensusun qurulmasına dair bu öhdəlik Bakıda COP29-un ev sahibi kimi seçilməyimizə səbəb oldu və burada biz körpülər qurmaq və əsas qlobal oyunçular arasında vasitəçilik etməklə tarixi razılaşmalara kömək etdik”.
Ermənistanla sülh müqaviləsindən danışarkən Əmirbəyov qeyd edib ki, tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar. Bununla belə, bu yolda "iki maneəni aradan qaldırmaq lazımdır”. Birincisi, onun fikrincə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. İkincisi, o, hazırda köhnəlmiş və səmərəsiz hesab olunan "vasitəçilik institutlarını ləğv etməyi” zəruri olduğunu vurğulayıb.

Diplomat gələcək sülhün mühüm hissəsi kimi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin açılmasını qeyd edib. Diplomatın sözlərinə görə, bu, regionun logistika xəritəsini dəyişəcək və sabitliyi gücləndirəcək.
Sonda o, sülh sazişinin imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni bir səhifə açacağına əminliyini ifadə edib.
//reportскачать dle 11.3
Mojo.az Banner