Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Elçin Əmirbəyov İsveçdə mühüm görüşlər keçirib

13.02.2025 15:30 1 263
Elçin Əmirbəyov İsveçdə mühüm görüşlər keçirib
Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov fevralın 11-12-də İsveçin paytaxtı Stokholmda işgüzar səfərdə olub.

Səfər barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov özünün "X" səhifəsində məlumat paylaşıb.

Qeyd olunur ki, səfər çərçivəsində Elçin Əmirbəyov İsveçin xarici işlər üzrə dövlət katibi Daq Harteliusla, İsveçin Nazirlər Kabinetinin rəhbəri Kristian Danielssonla, İsveç Riksdaqının (Parlament) birinci vitse-spikeri Kennet Forslundla və bu ölkənin xarici əlaqələr komitəsinin sədri Aron Emilssonla görüşüb.

Danışıqlar zamanı Azərbaycan-İsveç ikitərəfli münasibətləri, Azərbaycan ilə Avropa İttifaqının münasibətləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov, həmçinin İsveçin aparıcı beyin mərkəzlərinin - Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) və Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin (SCEEUS) rəhbərliyi və tədqiqat heyəti ilə müzakirələr aparıb.

Yerli media ilə təmaslar çərçivəsində E.Əmirbəyov İsveçin ictimai televiziyası SVT-də çıxış edib, İsveçin ictimai radiosuna və "Global bar magazine" onlayn xəbər portalının müxbirinə müsahibə verib.

Son xəbərlər