Median.Az xəbər verir ki, Xətai RPİ-nin 34-cü polis bölməsi və 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən 3 ədəd noutbuk, parfümeriya, geyim əşyaları və sənəd oğurlayan Bakı şəhər sakini Müşfiq Zeynalov saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.