Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

MN-in sabiq maliyyə xidmət rəisi bir milyon manatdan çox mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ

11.03.2025 21:47 894
MN-in sabiq maliyyə xidmət rəisi bir milyon manatdan çox mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ
Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun vəkili Nəsib Niftəliyev məhkəməyə vəsatət təqdim edib.

Vəkil vəsatətində müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

"Müdafiə etdiyim şəxs həbs olunmamışdan əvvəl xaricdə idi. O, həbs olunacağını bilə-bilə Azərbaycana qayıdıb. Həmçinin onun istintaq dövründə mənimsənilən məbləğdən ödədiyi 104 min manatın da yüngülləşdirici hal kimi qəbul edilməyini və müvvəkkilimin ev dustaqlığına buraxılmasını xahiş edirəm", - müdafiəçi vəsatətini əsaslandırarkən deyib.

Məhkəmə hazırkı mərhələdə vəsatəti təmin etməyib.

Daha sonra ittiham aktı elan edilib.

İttihama görə, Vahid Novruzlu xidmət etdiyi müxtəlif hərbi hissələrdə vəzifəsi hərbi qulluqçuların pul vəsaitlərinin vaxtında təmin etmək, Müdafiə Nazirliyinin təsdiq etdiyi maliyyə smetasına, həmçinin hərbi hissədə xəzinə intizamına riayət etmək, maliyyə nöqsanlarını araşdırıb aradan qaldırmaq, qoşun növünə daxil olan pul vəsaitlərini hesablamaq və digər vəzifə öhdəlikləri olduğu halda o bu öhdəlikləri yerinə yetirməyib.

İttihamda bildirilib ki, təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovla əlaqəyə girərək hərbçilərin pul paylama cədvəlinə düzgün riayət etməyib. O, müxtəlif yolarla işlədiyi bir hərbi hissədən 848 min 338 manat mənimsəməkdə ittiham olunub.

Həmçinin ittihamda qeyd olunub ki, Vahid Novruzlu işlədiyi digər hərbi hissədə hərbi xidmətdə olmayan şəxslərin plastik kartlarına vəsait köçürüb. O həmin hərbi hissədən də müxtəlif yollarla 381 min 755 manat mənimsəməkdə təqsirləndirilib.

Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni öz başına tərk etməsi ilə bağlıdır. İttihama görə, o, 2024-cü ildə üzürlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə geri qayıtmayıb.

İttihama münasibət bildirən V. Novruzlu özünü qismən təqsirli bilib. O, deyib ki, hərbi qulluqçu kimi üst rəislərinin tapşırıqlarını icra edib.

Məhkəmənin növbəti iclası aprelin 4-ə təyin olunub.

Qeyd edək ki, V. Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (Vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq maliyyə xidmət rəisi barəsində DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

V. Novruzlu Müdafiə Nazirliyini mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

Son xəbərlər