Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi

11.03.2025 23:03 912
Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi
56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Qazaxıstanda insan orqanlarının alqı-satqısı ilə məşğul olan cinayətkar qruplaşmada iştirak etdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilən 35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasındakı dəmir yolu keçidində sərhədçilər tərəfindən saxlanılıb.

2020-ci ilin noyabrından İnterpolun "qırmızı xətti” ilə axtarışa verilən ukraynalı qadın maddi mənfəət üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan 56 şəxsin böyrəklərini qanunsuz əldə etməkdə və "törətdiyi cinayətləri daimi gəlir mənbəyinə çevirməkdə” təqsirli bilinir.

Kseniya P. Qazaxıstana ekstradisiya olunacaq.

Onun Qazaxıstana ekstradisiya edilməsi üçün bir həftəlik həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib.(APA)





Son xəbərlər