“Azəriqaz” Cəbrayılda əmək yarmarkası keçirəcək
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yarmarka martın 13-ü saat 11:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin ofisində (Cəbrayıl şəhəri, bina 31, mərtəbə 1, mənzil 2) təşkil olunacaq.
