Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Qayınatası tərəfindən təcavüzə məruz qaldığını iddia edən gəlinə cinayət işi açıldı

11.03.2025 15:57 1 212
Qayınatası tərəfindən təcavüzə məruz qaldığını iddia edən gəlinə cinayət işi açıldı
Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıxıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan qadın barəsində Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, S.Cəfərovanın həyat yoldaşı ilə problemləri olub.

O, 2024-cü il oktyabrın 13-də övladlarını və həyat yoldaşını ataraq internetdə tanış olduğu və Bakıda yaşayan oğlanın yanına qaçıb. Lakin bir həftə sonra S.Cəfərova kəndə - atası evinə qayıtmalı olub. Yaşadığı kənddə barəsində xoşagəlməz söz-söhbətlərin yayılacağını, rüsvay olacağını düşünən 28 yaşlı qadın vəziyyətdən çıxmaq üçün prokurorluğa yalan məzmunlu şikayət ünvanlayıb.

O, evdən qaçdığı gün guya qayınatası tərəfindən seksual xarakterli təcavüzə məruz qaldığını iddia edib.

Aparılan ekspertiza zamanı S.Cəfərovanın təcavüzə məruz qalmadığı, üzərindəki xəsarətləri özü-özünə yetirdiyi məlum olub. Həmçinin digər sübutlar onun yalan məlumat verdiyini də üzə çıxarıb.

Cinayət işi açılan S.Cəfərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri qətimkan tədbiri seçilib.

Ağsu Rayon Məhkəməsinin 7 mart tarixli hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ayağına elektron nəzarət cihazı yerləşdirilib.

Son xəbərlər