Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən sentyabrın 17-də paytaxt sakini olan bir qadının, içərisində 50 manat və açar olan pulqabısını oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Əmrahlı saxlanılıb.
Faktla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.