Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb  |     22:34 FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     22:23 Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü  |     22:07 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?  |     22:00 Bakıda obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu  |     21:55 Hippokratdan "İmmunitet" içkisi - Resept  |     21:46 Kürdəmirdə traktor yanıb  |     21:40 “İlin adamı” seçildi  |     21:31 Qırğızıstan himnini dəyişir  |     21:25 Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?  |     21:18 Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib  |     21:11 Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq  |     21:05 Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)  |     20:57 Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?  |     20:52 Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir  |     20:44 Azərbaycanda ən çox əməkhaqqını onlar alır  |     20:39 Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)  |     20:31 Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə  |     20:25 İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək  |     20:17 AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək  |    

Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İ.Yusifov cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə 11 iyun 2024-cü ildə saat 22 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, İmran Yusifov keçmiş arvadı, zərərçəkmiş İlahə Fərəcova (şərti) ilə pay torpaq sahəsinin bölünməsi ilə bağlı aralarında narazılıq baş verib və onlar mübahisə ediblər. O, mübahisə əsnasında zərərçəkmiş şəxsin üzərinə hücum edib qəsdən şillə, yumruq zərbələri ilə qadının sifət, baş, qol və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaq nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib.

Hadisədən sonra İlahə Fərəcova Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib məlumat verib və İmran Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 27.11.24 15:24