Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb  |     22:34 FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     22:23 Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü  |     22:07 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?  |     22:00 Bakıda obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu  |     21:55 Hippokratdan "İmmunitet" içkisi - Resept  |     21:46 Kürdəmirdə traktor yanıb  |     21:40 “İlin adamı” seçildi  |     21:31 Qırğızıstan himnini dəyişir  |     21:25 Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?  |     21:18 Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib  |     21:11 Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq  |     21:05 Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)  |     20:57 Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?  |     20:52 Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir  |     20:44 Azərbaycanda ən çox əməkhaqqını onlar alır  |     20:39 Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)  |     20:31 Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə  |     20:25 İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək  |     20:17 AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək  |    

Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində Bərdə şəhərində qeyri-rəsmi nikahda yaşadığı 36 yaşlı Günay Ələkbərovanı amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şirxan İmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şirxan İmanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şirxan İmanovun sevgilisi, 8 aylıq hamilə olan Günay Ələkbərova ilə kafedə dalaşıb və qapını bağlayaraq oradan çıxmağa imkan verməyib.

Buna səbəb isə Günayın ilk evliliyindən olan uşaqlarını görmək istəməsi olub. Hadisə vaxtı Günay Ələkbərova aktiv müqavimət göstərdikdə Şirxan zərbələr endirərək onu öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci (Hamilə qadını öldürmə, qəsdən sağlamlığa yüngül zərər vurma və qanunsuz azadlıqdan məhrumetmə) maddələri üzrə təqsirli bilinib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 27.11.24 14:11