Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |     16:59 21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat  |     16:47 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     16:36 Yanvarın 1-dən bu şəxslər cərimələnəcək  |     16:18 Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək  |     15:48 Almaniyada Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılır  |     15:42 İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib  |     15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |    

Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

Qeyd edək ki, azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Bələdiyyə seçkiləri 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.

Xatırladaq ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            87 27.11.24 16:18