Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək

Rusiya paytaxtında "Moskvada qış" layihəsi çərçivəsində "Mandarin" vitamin müsabiqəsi keçiriləcək. Meyvələr Azərbaycandan gətiriləcək.

Median.Az
-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Moskva Mədəniyyət Departamentindən bildirilib.

"Yeni il tətilində paytaxt sakinləri və qonaqları "Mandarin" müsabiqəsində iştirak edə biləcəklər, yarışda tələb sitrusun qabığını vahid lent şəklində soymaqdan ibarətdir", - deyə məlumatda əlavə edilib.

Qurumdan bildirilib ki, əyləncəli müsabiqə üçün Azərbaycandan minlərlə naringi alınıb.

"Azərbaycan naringiləri orta ölçülüdür, qabığı nazik və elastik olduğu üçün daha asan təmizlənir", - deyə departamentdən vurğulanıb.

Müsabiqə 2-7 yanvar tarixlərində keçiriləcək, final yanvarın 8-nə planlaşdırılıb. İştirakçılar təmizlənmiş meyvələri yeyə biləcəklər. Müsabiqə üçün eyniölçülü naringilər seçiləcək və sitrusdan ən uzun qabıq lenti soyan iştirakçılar qalib olacaqlar. İlk üç yerin sahibi baş mükafatlarla təltif olunacaq, bütün qaliblər hədiyyələr alacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            519 26.11.24 20:43