Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb  |     22:34 FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     22:23 Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü  |     22:07 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?  |     22:00 Bakıda obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu  |     21:55 Hippokratdan "İmmunitet" içkisi - Resept  |     21:46 Kürdəmirdə traktor yanıb  |     21:40 “İlin adamı” seçildi  |     21:31 Qırğızıstan himnini dəyişir  |     21:25 Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?  |     21:18 Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib  |     21:11 Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq  |     21:05 Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)  |     20:57 Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?  |     20:52 Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir  |     20:44 Azərbaycanda ən çox əməkhaqqını onlar alır  |     20:39 Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)  |     20:31 Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə  |     20:25 İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək  |     20:17 AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək  |    

Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu Dairə Seçki Komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkmiş Qurban Piriyev iştirak etməyib. Hakimlər prosesin hazırkı mərhələdə onun iştirakı olmadan keçirilməsi barədə qərar qəbul ediblər. Məhkəmədə zərərçəkmişi vəkil Sadin Rəsulov təmsil edib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müəyyənləşiblər. Qoşqar Məmmədovun vəkili işə yeni qoşulduğunu deyib. Bildirib ki, cinayət işi ilə tanış deyil. O, iş materialları ilə tanış olmaq üçün vaxt istəyib.

Qurban Piriyevin vəkili Sadiq Rəsulov məhkəməyə vəsatət təqdim edib. O, hər üç təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri növbəti iclasda bu vəsatətə münasibət bildirəcəklər. Bildiriblər ki, həbs qətimkan tədbirin seçilməsi ilə bağlı məsələ hazırlıq iclasının qərarından öz əksini tapır, buna görə də hazırkı mərhələdə vəsatət müzakirə oluna bilməz.

Bu səbəbdən Sadiq Rəsulov vəsatətini geri götürdüyünü, növbəti iclasda təkrar verəcəyini deyib. Hakimlər hazırkı mərhələdə vəsatətin geri götürülməsi haqda qərar qəbul ediblər.

Vəkilə cinayət işi ilə tanış olmaq üçün vaxt verilib və proses dekabrın 3-ə təxirə salınıb.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırım, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində "başqa yerə getməmək" haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Qurban Zeynəddin oğlu Piriyevdir. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə Balakən rayon sakini Hürü Əmiraslanovadır.

Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımdır. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksəkvəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib.

Rasim İldırımzadə Zaur Mirzəzadəni isə guya "Nihat" adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş "Amrahbank"ın təsisçisi Yunus İldırımzadədir.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            312 26.11.24 17:18