Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub

Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.

Belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib

O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir: “Bu ərazilərdə qış daha uzun və sərt keçir. Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır”.

Deputat əlavə edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: “İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur. Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar”.

S. Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqlarının ödənilməsi üçün kompensasiya məbləğinin artırılmasını təklif edib. Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə yenidən baxmalıdır.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qazın topdansatış və pərakəndə qiymətləri ilə bağlı dəyişikliklər edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tarif 12 qəpikdir, illik 1 200-2 500 kubmetr və 2 500 kubmetrdən çox istehlak üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik səviyyəsindədir, qeyri-əhali kateqoriyasına aid olan sənaye və kənd təsərrüfatı sektorlarında isə qazın tarifləri isə 22 qəpikdir.

Kirayə haqqına gəlincə, hazırkı qaydalara əsasən Bakı üçün kompensasiya məbləği 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 100 manat, digər şəhər və rayon mərkəzləri üçün 75 manat, digər yaşayış məntəqələri üçün isə 55 manat müəyyən edilib. Həmçinin, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün bu məbləğin 50 %-i həcmində əlavə ödəniş nəzərdə tutulur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 25.11.24 21:30